JEL Classification Codes: Q01, O31, P48
Xülаsə
Yaşıl iqtisadiyyatın formalaşmasında Dayanıqlı Inkişaf Məqsədləri (DİM) olduqca mühim əhəmiyyət kəsb edən konsepsiyadır. DİM-lərə nаil оlmаq üçün mаliyyə mənbələrinin geniş оlmаsı оlduqса mühüm əhəmiyyət kəsb edir. Dünyа Bаnkı və Beynəlxаlq Vаlyutа Fоndu məlumаtlаrınа əsаsən 17 Dаyаnıqlı İnkişаf Məqsədlərinə (DİM) nаil оlmаq inkişаf mаliyyəsinin аrtırılmаsını tələb edir. DİM-lərə nаil оlmаqdа mаliyyənin rоlu şəksiz оlsа belə, çоx аz sаydа elmi аrаşdırmа həyаtа keçirilmişdir. Mövсud tədqiqаtdа bоşluğu dоldurmаğа çаlışılıb. Bu аrаşdırmаdа İqtisаdi Əməkdаşlıq və İnkişаf Təşkilаtınа dаxil оlаn Аvrоpа Birliyi ölkələrinə əsаslаnаn dayanıqlı mаliyyə ilə DİM-lər аrаsındаkı əlаqə аrаşdırılıb. Nətiсə оlаrаq gümаn edilir ki, dаyаnıqlı mаliyyə mоdeli DİM-lərin həyаtа keçirilməsində (Stаtistikаnın оlmаmаsı səbəbindən DİM 6 və SDG14 istisnа оlmаqlа, bütün DİM-lər təhlil edilib) və sоsiаl və ekоlоji dаyаnıqlığın DİM-lərdə əks оlunmаsının təmin edilməsində əsаs rоl оynаyır. Bu аrаşdırmаnın nətiсələri göstərir ki, mаliyyə mоdeli nə qədər dаyаnıqlı оlsа, DİM-lərə nаil оlmаq bir о qədər yаxşı оlаr. Dayanıqlı mаliyyə mоdeli ilə sоsiаl dayanıqlılıq (SDG1, 3, 4, 5, 10, 16); ekоlоji dayanıqlılıq (SDG11, 12, 13, 15) və iqtisаdi dayanıqlılıq (SDG8, 9, 17) аrаsındа güсlü əlаqənin оlduğu müəyyən edilmişdir. Həmçinin əldə edilmiş nətiсələrin Аzərbаyсаndа hаnsı dərəсədə dоğru оlduğu müəyyən edilmiş və təkliflər verilmişdir.
Аçаr sözlər: Yaşıl iqtisadiyyat, dayanıqlı inkişаf məqsədləri, 2030 gündəliyi, dаyаnıqlı mаliyyə, dövlətin maliyyə siyasəti
Abstract
The formation of a green economy hinges on Sustainable Development Goals (SDGs), necessitating diverse financial sources for their attainment. The World Bank and the International Monetary Fund emphasize the need for increased development finance to achieve the 17 SDGs. Despite finance’s crucial role, there’s a dearth of scientific research addressing this connection. This study aims to bridge this gap by examining the relationship between sustainable finance and SDGs within European Union countries belonging to the Organization for Economic Cooperation and Development. The findings suggest that a sustainable financial model is pivotal in SDGs’ implementation, except for SDG 6 and SDG 14 due to data limitations. Results demonstrate that stronger sustainable financial models correlate with better SDG outcomes. Social sustainability aligns closely with SDGs 1, 3, 4, 5, 10, and 16, while environmental sustainability links with SDGs 11, 12, 13, and 15, and economic sustainability with SDGs 8, 9, and 17. Additionally, the study offers insights into the applicability of these results in Azerbaijan, accompanied by recommendations.
Keywords: Green economy, sustainable development goals, 2030 agenda, sustainable finance, financial policy of the state
Giriş
Son illərdə artan enerji tələbatı, qeyri-sabit neft bazarı və qlobal istiləşmə problemlərinə diqqət yetirildiyi üçün dünyada investisiyaların istiqaməti təmiz enerjiyə, yəni yaşıl maliyyələşdirməyə yönəldilib. Hökumətlər, maliyyə institutları, investorlar və iş adamları öz pullarını ətraf mühitə minimal ziyan vura biləcək texnologiyalara yatırmağa başlayıblar.
Yaşıl maliyyələşdirmə çağımızda artan enerji tələbi, tükənmiş qalıq yanacaqlar və təbii ehtiyatların yaratdığı problemlərə uyğun bir həll təklif edir. Bərpa olunan enerji mənbələrindən və digər ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə sosial-iqtisadi artıma töhfə verməklə yanaşı, bütün dünyada investorlara maraqlı imkanlar təqdim edir. Dünyada artan əlaqə və dövlətlərin təmiz enerjiyə açıq dəstəyi yaxın gələcəkdə yaşıl maliyyələşdirməni məşhur tendensiyaya çevirəcək. (Ələkbərov U. K., 2017)
Fiskal siyasətlər inklüziv, yaşıl iqtisadiyyatın qurulması və DİM-lərin həyata keçirilməsini dəstəkləmək üçün kritik alətlər dəstini təmin edir. Fiskal siyasətlər daxili dövlət resurslarını yaradır və daha effektiv dövlət xərclərini təşviq edir, prioritet investisiyalar üçün fiskal məkan yaradır və daha geniş fiskal islahatları dəstəkləyir. Ətraf mühitin xarici təsirlərini qiymətləndirməklə, yaşıl fiskal siyasətlər həmçinin özəl sektor da daxil olmaqla əlavə resurslardan istifadə edə və istehlakı ətraf mühitə uyğun, sosial cəhətdən inklüziv fəaliyyətlərə yönəldə bilər. (The 2030 Agenda, 2015) (Kiganda, 2014)
Ölkələrin dövlət büdcəsi resursları iqlim dəyişikliklərinin həlli və adaptasiyası üçün tələb olunan investisiyalar üçün yetərli olmadığından, dayanıqlı inkişafı dəstəkləmək üçün özəl sektorla əməkdaşlıq olduqca mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun maliyyə axınlarının müvafiq sahəyə yönəldilməsi nəticələrin daha qısa zamanlı və effektiv olmasina şərait yaradır. McKinsey beynəlxalq məsləhət şirkətinin tədqiqatlarına əsasən, yaşıl iqtisadiyyata keçid ildə 3.5 trilyon ABŞ dollarına başa gələ bilər. Dövlət vəsaitləri yalnız qeyd edilən vəsaiti təmin etmək üçün kifayət etmir. DİM yaranan çağırışlara cavab olaraq, müxtəlif ölkələrdə maliyyə institutları artıq dayanıqlı və yaşıl maliyyə məhsulları irəli sürülmüşdür. (www.worldbank.org)
Göstəricilər
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) insanların və planetin sülh və rifah üçün birgə planını təmin etmək məqsədi ilə tərtib olunmuş 17 əsas məqsədi əhatə edir. Bu məqsədlər insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa, təbii resursları qorumağa, bərabərlik və ədaləti təmin etməyə və dünya üçün daha sürətli inkişaf yolunu açmağa nail olmağı hədəfləyir. Məqalədə beynəlxalq statistik məlumatlar əsasında 17 dayanıqlı inkişaf məqsədinin Azərbaycan üzrə olan reytinq göstəricilərindən istifadə edilmişdir. (United Nаtiоns, 2016)
Qeyd edilən reytinq göstəricisi 17 məqsədin hər biri ayrılıqda təhlil edilmiş müxtəlif göstəricilər əsasında formalaşır. Tətqiqat işində maliyyə göstəriciləri və qeyd edilən 17 məqsəd üzrə göstərcilər arasında əlaqənin nə dərəcədə olması araşdırılmışdır. Göstəricilər arasında əlaqələrin olması baxımından hər bir məqsədə müvafiq olaraq maliyyə göstəricisi seçilmişdir.
Qeyd edilən göstəricilər aşağıdakılar müəyyən edilmişdir: (Azərbaycan DSK, 2024).
(F1) Ev təsərrüfatlarında ayda adambaşına düşən gəlirlər (manatla), (F2) Ev təsərrüfatlarında qida məhsulları üzrə ayda adambaşına düşən istehlak xərcləri (manat), (F3) Dövlət büdcəsində səhiyyə xərcləri (milyon manat), (F4) Dövlət büdcəsində təhsil xərcləri (milyon manat), (F5) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılmış dövlət xərcləri (manat), (F6) Dövlət xərclərində Mənzil və kommunal təsərrüfatı xərclərinin su təsərrüfatı xərcləri (manat), (F7) Energetika sektoruna yönəldilmiş investisiyalar (milyon manat), (F8) Adam başına düşən ÜDM (manat), (F9) Sənayedə əsas kapitala yönəldilən investisiyalar (milyon manat), (F10) Cini indeksi (Mənbə: The World Inequality Database), (F11) Dövlət xərclərində tikinti və şəhərsalma üzrə ayrılan xərclər ( manat ), (F12) Ətraf mühitin istehsal və istehlak tullantılarından mühafizəsinə ayrılmış xərclər (min manatla), (F13) Atmosfer havasının mühafizəsinə ayrılmış vəsait (min manat), (F14) Su ehtiyatlarının mühafizəsi və onlardan səmərəli istifadə edilməsinə yönəldilmiş vəsait (min manat), (F15) Torpaqların mühafizəsi və onlardan səmərəli istifadə edilməsinə vəsait (min manat), (F16) Dövlət xərclərində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə ayrılan dövlət xərclər (manatla), (F17) Dövlət xərclərində beynəlxalq münasibətlər istiqamətində ayrılmış xərclər (manat)
Metodologiya
Məqalədə korrelyasiya və regresiya analizlərindən istifadə, statistika tədqiqatında müstəqil dəyişənlər arasındakı əlaqəni və bu əlaqənin detallı təhlilini təmin edən ən əhəmiyyətli alətlərdən biridir. Bu analizlər, müstəqil dəyişənlərin təsiri və əlaqələrin şiddəti haqqında daha yaxşı başa düşülməsini təmin edir.
İlk növbədə Eviews programı vasitəsilə Azərbaycanın 17 məqsəd üzrə reytinq göstəricisi (DİM1, DİM2, DİM3,…,DİM17) və hər bir məqsədə müvfiq olaraq seçilmiş maliyyə (F1, F2, F3…,F17) göstəriciləri arasında əlaqəni göstərən Kovarians,Korrelyasiya, SSCP, t-Statistic və Probability göstəriciləri müəyyən edildi. Ehtimal nəzəriyyəsində və statistikada kovariasiya iki dəyişənin birlikdə nə qədər dəyişdiyini göstərən ölçüdür.
Korrelyasiya analizi, müxtəlif dəyişənlər arasındakı əlaqəni ölçmək üçün istifadə olunan bir metoddur. Bu analiz, dəyişənlər arasındakı münasibətləri qiymətləndirməyə və mövcud əlaqələrin intensitetini müəyyənləşdirməyə kömək edir.
Regressiya analizi, bir və ya bir neçə əlaqəsiz dəyişənlərin digər əlaqəli dəyişənə təsirinin statistik təhlil metodudur. Əsas məqsədi, bir asılı olan və bir və ya bir neçə asılı olmayan dəyişən arasındakı əlaqəni araşdırmaqdır. Burada, asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin arasında əlaqəni izah etmək və onları təsadüfi təsirlərdən ayırmaq əsas məsələlərdəndir.
Hesablama nəticələri
Eyni zamanda hər bir DİM reytinq göstəricisinə müvafiq olan maliyyə göstəricisi arasında korrelyasiya nəticələri müəyyən edilmişdir (Cədvəl 1). DİM1 (Yoxsulluğun azaldılması reytinqi) və F1(Ev təsərrüfatlarında ayda adambaşına düşən gəlirlər (manatla) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.49, DİM2 (Sıfır aclıq) və F2 (Ev təsərrüfatlarında qida məhsulları üzrə ayda adambaşına düşən istehlak xərcləri (maantla)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.86, DİM3 (Yaxşı sağlamlıq və rifah) və F3 (Dövlət büdcəsində səhiyyə xərcləri (milyon manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.71, DİM4 (Keyfiyyətli təhsil) və F4 (Dövlət büdcəsində təhsil xərcləri (milyon manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.92, DİM5 (Gender bərabərliyi) və F5 (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılmış dövlət xərcləri (manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.68, DİM6 (Təmiz su və sanitariya) və F6 (Dövlət xərclərində Mənzil və kommunal təsərrüfatı xərclərinin su təsərrüfatı xərcləri (manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.59, DİM7 (Əlverişli və təmiz enerji) və F7 (Energetika sektoruna yönəldilmiş investisiyalar (milyon manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.76, DİM8 (Layiqli əmək və iqtisadi inkişaf) və F8 (Adam başına düşən ÜDM (manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.56, DİM9 (Sənaye, innovasiya və infrastruktur) və F9 (Sənayedə əsas kapitala yönəldilən investisiyalar (milyon manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.86, DİM10 (Bərabərsizliyin azaldılması) və F10 (Cini indeksi (Mənbə: The World Inequality Database)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.03, DİM11 (Dayanıqlı şəhərlər və icmalar) və F11 (Dövlət xərclərində tikinti və şəhərsalma üzrə ayrılan xərclər (manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.02, DİM12 (Məsuliyyətli istehlak və istehsal) və F12 (Ətraf mühitin istehsal və istehlak tullantılarından mühafizəsinə ayrılmış xərclər (min manatla)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi -0.90, DİM13 (İqlim fəaliyyəti) və F13 (Ətraf mühitin istehsal və istehlak tullantılarından mühafizəsinə ayrılmış xərclər (min manatla)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.15, DİM14 (Suyun altında həyat) və F14 (Su ehtiyatlarının mühafizəsi və onlardan səmərəli istifadə edilməsinə yönəldilmiş vəsait (min manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi -0.22, DİM15 (Quruda həyat) və F15 (Torpaqların mühafizəsi və onlardan səmərəli istifadə edilməsinə vəsait (min manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi -0.40, DİM16 (Sülh, ədalət və güclü institutlar) və F16 (Dövlət xərclərində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə ayrılan dövlət xərclər (manatla)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi -0.65, DİM17 (Məqsədlər üçün əməkdaşlıq) və F17 (Dövlət xərclərində beynəlxalq münasibətlər istiqamətində ayrılmış xərclər (manat)) göstəriciləri arasında əlaqənin korrelyasiya nəticəsi 0.56 olması müəyyən edilmişdir. Yuxardan qeyd edilən nəticələrin daha aydın müşahidə edilməsi qrafik cədvəlində sıra sayına müvafiq olaraq korelyasiya nəticələri təsvir edilmişdir. (Qrafik 1)
Cədvəl 1. Müvafiq DİM reytinqi və maliyyə göstəricisi arasında əlaqənin korrelyasiya nəticələri
Hesablama sırası | Müvafiq DİM reytinqi və maliyyə göstəricisi arasında əlaqə | Korrelyasiya nəticələri |
1 | DİM1-F1 | 0.49 |
2 | DİM2-F2 | 0.86 |
3 | DİM3-F3 | 0.71 |
4 | DİM4-F4 | 0.92 |
5 | DİM5-F5 | 0.68 |
6 | DİM6-F6 | 0.59 |
7 | DİM7-F7 | 0.76 |
8 | DİM8-F8 | 0.56 |
9 | DİM9-F9 | 0.86 |
10 | DİM10-F10 | 0.03 |
11 | DİM11-F11 | 0.02 |
12 | DİM12-F12 | -0.9 |
13 | DİM13-F13 | 0.15 |
14 | DİM14-F14 | -0.22 |
15 | DİM15-F15 | -0.4 |
16 | DİM16-F16 | -0.65 |
17 | DİM17-F17 | 0.56 |
Qrafik 1. Azərbaycan üzrə 17 məqsədin reytinq göstəricisi (DİM1, DİM2, DİM3,…,DİM17) və hər bir məqsədə müvfiq olaraq seçilmiş maliyyə (F1, F2, F3…,F17) göstəriciləri arasında korrelyasiya nəticələrinin hesablama sırasına müvafiq təsviri
“Qrafik 1.”-də üfiqi istiqamtdə 17 korelyasiya nəticəsinin sıra sayı göstərilmişdir. Məsələn 1. sıraya diqqət etdikdə DİM1(Yoxsulluğun azaldılması) reytinq göstəricisi və həmin məqsədə uyğun olaraq qəbul etdiyimiz F1(Ev təsərrüfatlarında ayda adambaşına düşən gəlirlər (manatla)) göstəricisi arasında korrelyasiya əlaqəsinin nəticəsi 0.49 olduğunu müşahidə edə bilirik. Korrelyasiya nəticələri “-1;1” aralığını əhatə edir və şaquli istimətdə təsvir edilmişdir. 10,11 -ci göstəricilər arasında əlaqənin zəif olduğunu müşahidə edə bilirik. Eyni zamanda 12,14,15,16-cı məqsədlər üzrə əks əlaqənin olduğu müəyyən edilmişdir. Əldə edilmiş nəticələr eyni zamanda göstəcilər arasında olan asılığın hansı dərəcədə olmasını müşahidə etməyə imkan vermişdir.
Korrelyasiya analizindən əlavə olaraq göstərcilər arasında asılılığı müəyyən etmək üçün hər bir DİM göstəricisinə müvafiq olan maliyyə göstəricisi arasında reqressiya statistik göstəriciləri müəyyən edilmişdir. Əldə edilmiş reqressiya statistik göstəriciləri əlavə hissəsində qeyd edilmişdir.
Müzakirə
Ümumilikdə korrelyasiya və reqressiya statistik göstəricilərinə nəzərə yetirdikdə bir çox maliyyə göstəriciləri və dayanıqlı inkişaf məqsədləri arasında bir başa əlaqənin olduğunu görə bilərik. Bəzi göstəricilər arasında müşhidə edilən uyğunsuzluqlar isə seçim edilmiş maliyyə göstəricilərinin müvafiq sahəyə təsirinin aşağı səviyyədə olması qeyd edilə bilər. Həmçinin statistik göstəricilərin tətqiqi zamanı əldə edilmiş bəzi göstəricilərin tam şəkildə olmaması da bəzi göstəcilərin maliyyə göstəciləri ilə təhlilində çətinliklər yaratmışdır. Eyni zamanda sözü gedən məlumat çatışmazlığı DİM10 (Bərabərsizliyin azaldılması (DİM 10)) -da müşahidə edilməkdədir. Belə ki, DİM 10 üzrə əsas maliyyə göstəricləri olan Cini indeksi, kvintil indeksi və palma indeksi kimi BMT tərəfinfən qəbul edilmiş beynəlxalq səviyyəli göstəriclərin Azərbaycan üzrə rəsmi təstiq edilmiş məlumat bazasının olmaması diqqəti cəlb edir. Tətqiqatda istifadə edilmiş Cini indeksi göstəriciləri isə “The World Inequality Database” adlı qurumun öz araşdırmalırı əsasında əldə edilən məlumatlara əsaslanır. Ümumilikdə nəticələrə nəzər yetirdikdə isə, 10-a qədər göstəci arasında müsbət güclü əlaqənin olmasını müşahidə edirik. Həmçinin qeyd etmək lazımdır ki, dayanıqlı inkişaf məqsədləri göstəciləri 3 faktoru sosial, iqtisadi və ekolji özündə birləşdirir. Bu baxımdan maliyyə göstəricilərinin iqtisadi faktora təsiri daha çox müşahidə edilməkdədir. Ekoloji faktor isə maliyyə vəsaitlərinin ayrılması ilə yanaşı həmin vəsaitlərin düzgün şəkildə istiqamətləndirlməsindən, məqsədə müvafiq şəkildə idarə edilməsindən və həyata keçirilən işlərin monitorinqindən bir başa olaraq asılıdır. Sosial faktoru əhatə edən məqsələrə isə maliyyə göstərcilərinin təsirləri nisbətən daha zəifdir. Belə ki, qeyd edilən sahələrə ayrılan vəsaitlər digər məqsədlərə ayrılan vəsaitlərlə müqayisədə daha aşağıdır.
Həmçinin qeyd edilməlidir ki, tətqiqatda təhlil edilən maliyyə göstəriciləri müvafiq dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq, subyektiv şəkildə seçilmişdir. Müvafiq sahələrə uyğun olan digər maliyyə göstəriciləri təhlil olunarsa, daha fərqli nəticələr müşahidə etmək mümkündür. Bütün bunlara baxmayaraq ümumi olaraq statistik nəticələrə baxdıqda yaşıl iqtisadiyyatın başlıca tərkib hissəsi olan dayanıqlı inkişaf məqsədləri və dövlətin dayanıqlı maliyyə siyasəti arasında sıx əlaqə olduğunu qeyd edə bilərik.
Nəticə
Tətqiqat işində əldə edilmiş nəticələrə nəzər yetirdikdə isə, 10-a qədər göstəci arasında müsbət güclü əlaqənin olmasını müşahidə edirik. Həmçinin qeyd etmək lazımdır ki, dayanıqlı inkişaf məqsədləri göstəciləri 3 faktoru sosial, iqtisadi və ekolji özündə birləşdirir. Bu baxımdan maliyyə göstəricilərinin iqtisadi faktora təsiri daha çox müşahidə edilməkdədir. Ekoloji faktor isə maliyyə vəsaitlərinin ayrılması ilə yanaşı həmin vəsaitlərin düzgün şəkildə istiqamətləndirlməsindən, məqsədə müvafiq şəkildə idarə edilməsindən və həyata keçirilən işlərin monitorinqindən bir başa olaraq asılıdır. Sosial faktoru əhatə edən məqsələrə isə maliyyə göstərcilərinin təsirləri nisbətən daha zəifdir. Belə ki, qeyd edilən sahələrə ayrılan vəsaitlər digər məqsədlərə ayrılan vəsaitlərlə müqayisədə daha aşağıdır.
Yuxarıda sadaladığınız məsələlərə uyğun aşağıdakı təklifləri irəli sürə bilərik:
- Dayanıqlı maliyyə siyasəti fəaliyyətinin düzgün formada qurulması və tənzimlənməsi üzrə nəzarət mexanizminin gücləndirilməsi;
- Maliyyə resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi yönündə tədbirlərin həyata keçirilməsi;
- Maliyyə ehtiyatlarından səmərəli istifadə və maliyyələşmə metodlarının təkmilləşdirilməsi. İstər dövlət, istərsə də özəl sektor tərəfindən vəsaitlərin səmərəli cəlbi və istifadəsinə aid vahid metodologiyanın tətbiqi;
- Dayanıqlı maliyyə menecmenti üzrə dövlətin maliyyə siyasətinin inkişafı istiqamətlərinin müəyyən edilməsi.
Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün donor və resipiyent ölkələr arasında güclü bir kooperasiya vacibdir. İnkişaf etmiş ölkələr yeni bilik və texnologiyaları ötürərək, təcrübə və maliyyə dəstəyi ilə inkişaf etməkdə olan ölkələrə kömək edə bilərlər. Bu, inkişafın sürətlənməsini və dünya əhalisinin həyat səviyyəsini artırmağı mömkün edir.
Həmçinin, bu prosesdə inkişaf etməkdə olan dövlətlər özləri üçün müvafiq sahə üzrə yüksək nəticələr əldə etmiş ölkələrin təcrübəsindən yararlanırlar. Onlar, inkişaf etmiş ölkələrin təcrübəsindən dərs çıxaraq, həm öz iqtisadiyyatlarını inkişaf etdirmək, həm də sosial və humanitar sahələrdə məhdudluqları aradan qaldırmaq üçün effektiv strateji və tədbirlər tətbiq edə bilərlər.
2030-cu ilədək planlaşdırılan vəzifələrin yerinə yetirilməsi məqsədi ilə bu cür bir kooperasiya əhəmiyyətli bir rol oynayır. Buna görə də, bütün ölkələrin birləşməsi və birgə çalışması əsasdır. Ən əsası isə, dayanıqlı maliyyə siyasətinin yaradılması və həyata keçirilməsi davamlı inkişafın təmin edilməsi üçün ən effektiv yoldur.
Ədəbiyyat
- Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi.
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı.
- Azərbaycan Respublikası 2020-ci il dövlət büdcəsi haqqında qanunu
- Azərbaycan Dövlət Statistika Komitəsi. (2024).
- Azərbaycan Respublikası Mərkəzi Bankı www.cbar.az
- Bağırov D., Həsənli M. – “Maliyyə”, Bakı – 2011
- Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi 2023-2026 Azərbaycan Respublikası Mərkəzi Bankı
- European Report on Development (2015), Combining finance and policies to implement a transformative post-2015 development agenda. Brussels, 2015.
- Elena Vianelli (2021) Sustainable finance and sustainable development: the DİMs and esg ındicators in sustainable ınvestment evaluation
- Ələkbərov U. K. (2017), “ Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə
- edilməsinin əsasları”, Bakı.
- Kiganda, E. O. (2014). Effect of macroeconomic factors on commercial banks profitability in Kenya: Case of equity bank limited, Journal of Economics and Sustainable Development s.46-56
- Mаgdаlenа Ziоlо , Iwоnа Bаk , Kаtаrzynа Сhebа (2021) The rоle оf sustаınаble finаnсe in асhieving sustаinаble develоpment gоаls: dоes it wоrk? 45-70
- OECD Azərbaycanda Müəssisələrin Rəqəmsallaşdirilmasina Dəstək 2022 s.66
- Online database for the Sustainable Development Report 2023
- Sustainable Development Report 2023 by Jeffrey D. Sachs, Guillaume Lafortune, Grayson Fuller and Eamon Drumm. Published by Dublin University Press Dublin, Ireland.
- Sachs, J.D., Lafortune, G., Fuller, G., Drumm, E. (2023). Implementing the DİM Stimulus. Sustainable Development Report 2023. Paris: SDSN, Dublin: Dublin University Press, 2023. 10.25546/102924
- Transforming our World: The 2030 Agenda for Sustainable Development. 2015
- The World Inequality Database – Gini index of national income, Azerbaijan, 2000-2022 https://wid.world/country/azerbaijan/
- UNEP (2016), Fiscal Policies and the DİMs – Policy Briefing Note
- United Nаtiоns. (2016). The sustаinаble develоpment gоаls. Repоrt. New Yоrk.
- Unıted Natıons (2015) Parıs Agreement
- Vadym Volosovych, Internatinal Financial Integration, Policies, and Institutions, University of Houston, Houston, 2006, s. 1 -7
- World Bank Group (2013) Financing for Development Post-2015
- Большаков C.B. (2002), “Финансовая политика государства и предприяти”, Москва, “Книжный мир”.
- Теплова Т.В. (1998), “Финансовые решения: стратегия и тактика: учебное пособие”, Москва, “ИЧП “
- worldbank.org
- https://DİMs.un.оrg/gоаls
- https://www.DİMindex.org/