Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin təsis etdiyi “ UNEC Tələbə Tədqiqatları Jurnalı” adlı Tələbə Elmi Jurnalı tələbələr tərəfindən hazırlanan, redaksiya heyəti əsasən tələbələrdən ibarət olan və UNEC-də nəşr olunan ilk tələbə elmi jurnalıdır. Jurnal 2023-cü ilin dekabr ayından təsis olunub.
Jurnalın təsis olunmasında əsas məqsəd elm və təhsilin inkişafı istiqamətində ölkədə və xaricdə təhsil alan yüksək intellektə malik gənclərin elmi əsərlərinin çap olunması və yayılmasına dəstək verməklə onların elmə axınını təmin etmək, tələbələr arasında elmi biliklərin sərbəst mübadiləsinə şərait yaratmaq və elmi yaradıcılığın inkişafına dəstək olmaqdır.
Tələbə Elmi Jurnalı ildə 2 dəfə olmaqla çap olunur. Jurnal Azərbaycan və xarici universitetlərdə təhsil alan bakalavr və magistr tələbələri üçün nəzərdə tutulur və məqalələr 4 dildə (azərbaycan, türk, ingilis və rus dilində) qəbul edilir.
Jurnalda məqalə çap etdirmək istəyən müəlliflər məqalələrini jurnalın elektron ünvanına – ssjournal@unec.edu.az və ya veb sayta göndərə bilərlər.
Məqalələlər hazırlanan zaman akademik etikaya riayət olunmalı, müəllif hüquqlarının pozulmasına və plagiatçılığa yol verilməməlidir.