UNEC Журнал студенческих исследований

Texnoloji İrəliləyişlər və Əmək Bazarına Təsirlər

Arzumanova Ayda

Оглавление

            Xülasə

           Müasir dövrdə texnologiyanın sürətli inkişafı əmək bazarında mühüm dəyişikliklərə yol açmışdır. Xüsusilə avtomatlaşdırma və süni intellektin geniş tətbiqi nəticəsində bəzi ənənəvi peşələr öz aktuallığını itirir və bu, müəyyən hallarda işsizlik səviyyəsinin yüksəlməsinə səbəb olur. Bununla yanaşı, texnoloji yeniliklər əmək bazarında yeni istiqamətlərin və peşələrin formalaşmasına da imkan yaradır.  Elm və texnika sahəsində baş verən nailiyyətlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və ümumi sosial mühitə mühüm dəyişikliklər gətirir. Texnoloji yeniliklər dedikdə, tamamilə yeni hazırlanmış qurğular, proqramlar, sistemlər və ya artıq mövcud texnologiyaların daha funksional və səmərəli formaları nəzərdə tutulur Məlumatların təhlili, proqram təminatlarının hazırlanması, rəqəmsal platformaların idarə olunması və kibertəhlükəsizlik kimi sahələrdə yeni iş imkanları yaranır və bu sahələrdə peşəkar kadrlara ehtiyac artır. Bu dəyişikliklər əmək bazarında fəaliyyət göstərən insanların bacarıq və bilik səviyyələrinə olan tələbləri də dəyişdirir. Artıq rəqəmsal savadlılıq, analitik düşüncə və texnoloji biliklər əsas şərtlərdən biri hesab olunur. Yeni texnologiyaların süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və avtomatlaşdırılmış sistemlərin tətbiqi nəticəsində ənənəvi iş modelləri dəyişməkdədir. Artıq bir çox vəzifələr rəqəmsal platformalar üzərindən icra olunur, uzaqdan işləmə imkanları genişlənmişdir. Bu isə əmək bazarında həm çevikliyi artırır, həm də coğrafi məhdudiyyətləri aradan qaldırır. Rəqəmsallaşma eyni zamanda mikro sahibkarlığın və fərdi bizneslərin inkişafına da təkan verir. Onlayn satış platformaları, sosial media vasitəsilə marketinq və elektron ödəniş sistemləri bir çox insanlar üçün alternativ gəlir mənbələri yaradır.  Məqalədə bu dəyişikliklərin əmək bazarına olan ümumi təsirləri araşdırılmış, yeni yaranan imkanlar və çağırışlar təhlil edilmişdir.

Açar sözlər: Avtomatlaşdırma, Texnologiya, Süni intellekt, Əmək bazarı, Rəqəmsallaşma, Kibertəhlükəsizlik, Texnoloji inkişaf.

Giriş

Rəqəmsallaşma rəqəmsal texnologiyaların cəmiyyətin və ölkələrin inkişafına sistemli şəkildə tətbiqi və gündəlik həyatın bütün sahələrinə daxil edilməsi prosesidir. Bu gün müxtəlif sahələrdə rəqəmsallaşmanın təsiri açıq şəkildə nəzərə çarpır. Xüsusilə iqtisadi və sosial inkişaf baxımından bu prosesin rolu danılmazdır. Rəqəmsallaşma iqtisadi artıma təkan verir və ölkənin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır. Bu səbəbdən bir çox aparıcı şirkət bu istiqamətdə ciddi sərmayələr yatırır və rəqəmsal imkanlardan geniş şəkildə istifadə etməyə çalışır.

Bu texnologiyaların müsbət təsirləri bir çox istiqamətdə müşahidə edilir. İlk olaraq, rəqəmsallaşma insanların informasiyaya və məlumat bazalarına tez və rahat şəkildə çıxışına şərait yaradır. Bu da öz növbəsində iş proseslərinin daha səmərəli və operativ həyata keçirilməsinə səbəb olur. İnsanlar tapşırıqları daha sürətli icra edə bilir, nəticədə digər fəaliyyətlər və istirahət üçün əlavə vaxt qazanırlar. Həmçinin, rəqəmsal texnologiyalar ölkələrin beynəlxalq bazarlara inteqrasiyasını asanlaşdırır və ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır (Qurbanov, 2021).

Rəqəmsallaşma iş mühitinə də əhəmiyyətli dərəcədə təsir edir. Müasir texnologiyalar işçilərin məhsuldarlığını artırmaqla yanaşı, müəssisələrin məlumatları daha asan şəkildə əldə etməsini və bu məlumatlar əsasında yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etməsini təmin edir. Bu isə bizneslərin qlobal bazara çıxmaq və inkişaf etmək imkanlarını genişləndirir. Bundan əlavə, rəqəmsallaşmanın təsiri təhsil, səhiyyə, rabitə və ticarət sahələrində də özünü göstərir. Məsələn, internet vasitəsilə insanlar dünyanın müxtəlif nöqtələri ilə əlaqə saxlaya, eyni zamanda onlayn təhsil imkanlarından yararlanaraq beynəlxalq proqramlara qoşula bilirlər (Əliyeva, 2022).

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etməsi əmək bazarına mühüm təsirlər göstərir. Müasir dövrdə işçilərdən texnologiyalardan effektiv istifadə edə bilmələri üçün daha geniş və dərin biliklərə, eləcə də praktiki bacarıqlara sahib olmaları tələb olunur. Bu vəziyyət həm təhsil sistemində, həm də peşə hazırlığı və ixtisasartırma sahələrində yenilənməyə ehtiyac yaradır. Belə şəraitdə əmək bazarında rəqabət səviyyəsi artır, lakin eyni zamanda işçilərin bu yeni reallıqlara uyğunlaşması üçün müxtəlif fürsətlər də meydana çıxır. Texnoloji dəyişikliklərin əmək bazarına təsiri həm müsbət, həm də mənfi ola bilər. Bir tərəfdən, bəzi peşələrin aradan qalxması və işsizlik riskinin yüksəlməsi kimi mənfi hallar baş verir, digər tərəfdən isə yeni ixtisaslar və sahələr yaranır ki, bu da yüksək səviyyəli bilik və bacarıqlara malik işçilərə tələbatı artırır. Bu kimi dinamik dəyişikliklər əmək bazarının gələcək istiqamətini proqnozlaşdırmağı çətinləşdirir (Əhmədov, 2018).

Müasir dövrdə texnologiyanın sürətli inkişafı cəmiyyətin müxtəlif sahələrində köklü dəyişikliklərə səbəb olmuş, xüsusilə də əmək bazarında mühüm transformasiyalara yol açmışdır. Süni intellekt, avtomatlaşdırma sistemləri, böyük verilənlərin analizi və blokçeyn texnologiyası kimi yeniliklər iqtisadi fəaliyyətlərdə əhəmiyyətli dönüş nöqtəsi yaratmışdır. Bu texnoloji yeniliklər nəticəsində yeni peşələr meydana çıxır, ənənəvi iş yerləri isə tədricən dəyişir və əmək bazarında tələb olunan bacarıqlar yenidən müəyyənləşdirilir. Eyni zamanda, bu inkişaflar müəssisələrin məhsuldarlığını artırmağa, iş proseslərini daha səmərəli təşkil etməyə və daha az resursla yüksək nəticələr əldə etməyə şərait yaradır. Bununla belə, texnologiyanın sürətli tətbiqi bəzi mənfi nəticələr də doğura bilər; məsələn, avtomatlaşdırma bəzi sahələrdə iş yerlərinin sayının azalmasına səbəb ola bilər. Bu isə əmək qüvvəsinin yeni bacarıqlara yiyələnməsi və dəyişikliklərə uyğunlaşması zərurətini gündəmə gətirir. Mövzu ilə bağlı aparılan tədqiqatlar göstərir ki, texnologiya bir tərəfdən əmək bazarında yeni imkanlar açırsa da, digər tərəfdən ciddi sosial-iqtisadi problemlər də yarada bilir. Bu məqalədə texnoloji yeniliklərin əmək bazarına təsirləri, yeni yaranan iş modelləri və peşələr, həmçinin bu dəyişikliklərin doğurduğu mənfi nəticələr və onların aradan qaldırılması yolları ətraflı şəkildə təhlil ediləcəkdir (Məmmədov, 2022).

Rəqəmsallaşmanın əmək bazarına təsirlərini bir neçə əsas aspektdə nəzərdən keçirə bilərik:

İş yerlərinin dəyişməsi və yeni sahələrin yaranması- Rəqəmsallaşma bir çox ənənəvi iş sahələrinin avtomatlaşdırılmasına və ya yox olmasına səbəb olur. Eyni zamanda, yeni texnologiyaların tətbiqi ilə yeni iş sahələri yaranır. Məsələn, məlumat analitikası, süni intellekt, kibertəhlükəsizlik, və proqramlaşdırma kimi sahələrdə daha çox ixtisaslı işçilərə ehtiyac yaranır. Bu dəyişikliklər insanların iş bacarıqlarını və biliklərini yenidən formalaşdırmağa məcbur edir (Qurbanov, 2021).

Avtomatlaşdırma və işçi qüvvəsinin məşğulluğunun azaldılması- Avtomatlaşdırma texnologiyalarının inkişafı, xüsusilə istehsalat və xidmət sahələrində işçi qüvvəsinin azalmasına səbəb olur. Robotlar və süni intellekt sistemləri insan əməyini əvəz edə bilər, bu da bəzi sektorlarda işsizliyin artmasına yol açır. Məsələn, istehsalat zavodlarında robotların və maşınların istifadə edilməsi, operativ işlərin avtomatlaşdırılması ilə çox sayda insanın iş yeri təhlükə altına girir.

İş mühitinin çevikliyi- Rəqəmsallaşma, uzaqdan iş (remote work) və elastik iş rejimlərinin artmasına səbəb olur. İnternet və bulud texnologiyalarının inkişafı, insanların dünyanın hər yerindən işləməsini təmin edir. Bu, xüsusilə pandemiya dövründə özünü göstərdi, lakin indi çoxsaylı təşkilatlar çevik iş mühitlərinə daha çox diqqət yetirir.

İşçilər üçün rəqəmsal bacarıqların əhəmiyyəti Rəqəmsallaşmanın artması işçi qüvvəsindən yeni və daha müasir bacarıqlar tələb edir. Ənənəvi peşələrdə çalışan şəxslər, rəqəmsal texnologiyaları, proqram təminatlarını və digər texnoloji vasitələri effektiv şəkildə istifadə etməyi öyrənməlidirlər. Xüsusilə informasiya texnologiyaları, proqramlaşdırma, məlumatların təhlili və süni intellekt sahələrində ixtisaslaşmış kadrlara olan ehtiyac durmadan artır. Digər tərəfdən, avtomatlaşdırıla bilən və fiziki əməkə əsaslanan işlərə olan tələbat isə tədricən azalır.

Əmək münasibətləri və iş mühitində baş verən dəyişikliklər- rəqəmsal iqtisadiyyatın inkişafı ilə daha da nəzərə çarpır. Platforma əsaslı məşğulluğun (məsələn, Uber, Bolt, Wolt kimi xidmətlər) geniş yayılması ənənəvi əmək münasibətlərinə fərqli yanaşmalar tələb edir. Bu sahədə çalışan şəxslər adətən sərbəst məşğulluq formasında fəaliyyət göstərdiyindən, onların əmək hüquqları müəyyən hallarda zəifləyə bilər. Belə şəraitdə rəqəmsal məşğulluğa uyğun sosial müdafiə mexanizmlərinin yaradılması və əmək qanunvericiliyinin müasir tələblərə uyğun şəkildə yenilənməsi mühüm əhəmiyyət kəsb edir.

Rəqabət və qlobal əmək bazarıRəqəmsal texnologiyaların inkişafı əmək bazarını daha açıq və rəqabətli edib. İndi insanlar onlayn platformalar vasitəsilə dünyanın istənilən ölkəsindəki vakansiyalara müraciət edə bilirlər. Bu isə yerli əmək bazarlarında əmək haqqına birbaşa təsir göstərir – bəzi hallarda maaşlar artır, bəzən isə əksinə, azalır. Eyni zamanda, inkişaf etmiş ölkələrdə peşəkar və yüksək ixtisaslı kadrlara tələbat artdığı halda, inkişaf etməkdə olan ölkələrdə isə daha sərfəli işçi qüvvəsindən istifadə imkanları genişlənir.

İş yerində süni intellekt və analitik alətlərin roluMüasir iş mühitində rəqəmsal texnologiyalar və süni intellektdən istifadə geniş vüsət alıb. Məlumatların təhlili, müştəri xidməti sahəsindəki avtomatlaşdırılmış sistemlər və digər texnoloji həllər işçilərin gündəlik yükünü azaldır, onlara daha strateji işlərə fokuslanmağa şərait yaradır. Bununla belə, bəzi peşələr üçün bu cür texnologiyaların tətbiqi müəyyən risklər yaradır – xüsusilə də müəyyən sahələrdə insan əməyinin maşınlarla əvəz olunması ehtimalı artır.

Təhsildə yeniliklər və rəqəmsal öyrənmə imkanlarıRəqəmsallaşma prosesi təhsil sistemində də ciddi dəyişikliklərə səbəb olmuşdur. Müxtəlif onlayn kurslar, təlim proqramları və virtual öyrənmə mühitləri sayəsində insanlar bilik və bacarıqları daha əlçatan formada əldə edə bilirlər. Bu da öz növbəsində əmək bazarına daxil olan fərdlərin daha yaxşı hazırlıq səviyyəsinə malik olmasına və dəyişən əmək tələblərinə uyğunlaşmasına şərait yaradır.

Ümumilikdə rəqəmsallaşma əmək bazarının strukturuna və funksiyasına əhəmiyyətli təsir göstərir. Yeni peşələr meydana çıxmaqla yanaşı, bəzi ənənəvi iş sahələri də risk altına düşür. Belə bir vəziyyətdə həm əməkdaşlar, həm də işəgötürənlər üçün rəqəmsal bacarıqların təkmilləşdirilməsi və bazarda baş verən dəyişikliklərə çevik şəkildə uyğunlaşa bilmə qabiliyyəti vacib amillərdən biri kimi ön plana çıxır.

Cədvəl 1. Rəqəmsallaşmanın əmək bazarına təsirləri

Mənbə: Cədvəl müəllif təərfindən tərtib olunmuşdur.

Yeni Peşə İmkanları- Müasir dövrdə iqtisadi, texnoloji və sosial sahələrdə baş verən sürətli dəyişikliklər yeni peşə imkanlarının formalaşmasına zəmin yaradır. Qloballaşma və texnoloji yeniliklərin sürətlə yayılması, ənənəvi peşələrin yanına müasir və qeyri-ənənəvi sahələrin də əlavə olunmasına səbəb olur.Bu sahələr həm texniki biliklərə, həm də yaradıcı düşüncə və effektiv idarəetmə bacarıqlarına malik kadrlar tələb edir. Aşağıda hazırda böyük maraq doğuran və inkişafda olan yeni peşə istiqamətləri barədə məlumat təqdim olunur:

Süni İntellekt (AI) və Maşın Öyrənməsi (ML)- Süni intellekt və maşın öyrənməsi bu günün ən sürətlə inkişaf edən və geniş tətbiq sahəsinə malik texnologiya sahələrindən biridi. Bu istiqamətdə çalışan mütəxəssislərə ehtiyac durmadan artır. AI və ML texnologiyaları müxtəlif sahələrdə – o cümlədən məlumatların təhlili, proseslərin avtomatlaşdırılması, süni zəka əsaslı chatbotların hazırlanması kimi sahələrdə – yeni iş imkanları yaradır. Bu da texnologiya ilə maraqlanan gənclər üçün perspektivli bir peşə seçimidir.

Peşələr:

– Süni intellekt mühəndisi

– Maşın öyrənməsi mütəxəssisi

– Veri analitiki

– Təbiət dili emalı (NLP) mütəxəssisi

Data Elm və Analitika

Verilənlərdən (data) istifadə etmə bacarığı, qərar qəbuletmə proseslərini daha effektiv edir. Data elmi sahəsində müxtəlif sektorlarda yüksək tələbat var.

Peşələr:

– Veri analitiki

– Veri mühəndisi

– Biznes analitiki

– Statistik mütəxəssis

Rəqəmsal Marketinq və Sosial Media Menecmenti

İnternetin inkişafı ilə marketinq sahəsi də dəyişib. Rəqəmsal marketinq sahəsi, SEO (axtarış motoru optimizasiyası), SEM (axtarış motoru marketinqi), sosial media menecmenti və məzmun yaradılması üzrə peşəkarlar tələb olunur.

Peşələr:

– SEO mütəxəssisi

– Sosial media meneceri

– Məzmun yazarı

– Rəqəmsal marketinq mütəxəssisi

Kibertəhlükəsizlik

Texnologiyanın inkişafı ilə əlaqədar olaraq kibertəhlükəsizlik sahəsinə olan tələbat artmaqdadır. Şirkətlər və dövlətlər, məlumatların qorunması və şəbəkələrin təhlükəsizliyi üçün mütəxəssislərə ehtiyac duyurlar.

Peşələr:

– Kibertəhlükəsizlik mühəndisi

– Şəbəkə təhlükəsizliyi mütəxəssisi

– Etik hacker

– Kibertəhlükəsizlik analitiki

Blokçeyn və Kriptovalyutalar

Blokçeyn texnologiyası və kriptovalyutalar (məsələn, Bitcoin və Ethereum) təkcə maliyyə sahəsində deyil, digər sektorlarda da yeni iş imkanlarının yaranmasına səbəb olur. Bu texnologiyaların geniş tətbiqi nəticəsində əmək bazarında yeni peşə sahələri formalaşıb

Peşələr:

– Blokçeyn mütəxəssisi

– Kriptovalyuta tədqiqatçısı

– Blokçeyn proqramçı

– Smart kontrakt inkişaf etdiricisi

Səhiyyə Texnologiyaları

Səhiyyə sektorunda texnoloji yeniliklər, telemedisin, süni intellektin istifadəsi və tibbi cihazların inkişafı kimi yeni peşə sahələrini meydana gətirib. Pandemiya dövründə bu sahənin inkişafı daha da sürətləndi.

Peşələr:

– Telemedisin mütəxəssisi

– Səhiyyə məlumat analitiki

– Biotexnologiya mütəxəssisi

– Süni intellektlə səhiyyə həlləri dizayneri

Yaradıcı və Dizayn Peşələri

Texnologiyanın inkişafı ilə dizayn və yaradıcılıq sahələri də dəyişib. Qrafik dizayn, UI/UX dizayn, 3D modelləmə, animasiya və oyun dizaynı kimi sahələr genişlənib.

Peşələr:

– UI/UX dizayneri

– Qrafik dizayner

– 3D modelləmə mütəxəssisi

– Oyun dizayneri

Yaşıl Enerji və Ekologiya

Ətraf mühitin mühafizəsi və alternativ enerji mənbələrinin genişlənməsi nəticəsində əmək bazarında yeni peşə istiqamətləri formalaşmağa başlayıb. Bu sahədə yaranan ixtisaslar, təmiz enerji texnologiyalarının tətbiqi və ekoloji tarazlığın qorunması məqsədilə ortaya çıxır.

Peşələr:

– Bərpa olunan enerji mütəxəssisi

– Ekologiya mühəndisi

– Yaşıl enerji məsləhətçisi

– Sürdürülebilir kənd təsərrüfatı mütəxəssisi

Təhsil və Onlayn Tədris

Onlayn təhsil platformalarının artması ilə təhsil sahəsində yeni peşələr yaranıb. Müxtəlif sahələr üzrə onlayn kursların yaradılması və dərslərin verilməsi artan tələbatla uyğunlaşır.

Peşələr:

– Onlayn təhsil məzmunu hazırlayıcısı

– Virtual tədris mütəxəssisi

– Əsaslı tədris dizaynı mütəxəssisi

– Təhsil texnologiyaları mütəxəssisi

Freelance və Qlobal İş İmkanları

Freelance iş imkanları, öz işini qurmaq istəyənlər üçün yaxşı alternativlər təklif edir. Rəqəmsal nomadlıq (digital nomad) konsepti də populyarlaşmağa başlayıb, yəni insanlar dünyanın hər yerindən internet üzərindən işləyərək qazanc əldə edə bilirlər.

Peşələr:

– Freelance yazıçı

– Freelance dizayner

– Freelance proqramçı

– Freelance marketinq mütəxəssisi

Yeni peşə sahələrinin yaranması və mövcud imkanların genişlənməsi, həm şəxsi inkişaf üçün vacibdir, həm də əmək bazarının dəyişən tələblərinə uyğunlaşmağa şərait yaradır.. Öz maraqlarınız və bacarıqlarınız əsasında, inkişaf edən sahələrə uyğun yeni iş imkanlarını araşdırmaq faydalıdır. Müasir dövrün dinamikasına uyğunlaşmaq, gələcəkdə daha çox uğur gətirə bilər (Həsənov, 2022).
Aktuallığını itirən peşələr zamanla texnologiyanın inkişafı, avtomatlaşma və yeni iş tələbləri ilə dəyişir. Aşağıda, son dövrlərdə aktuallığını itirən və ya daha az tələb olunan bəzi peşələrə nümunələr verilmişdir:

 

 

  1. Poçt daşıyıcıları – Elektron poçt və onlayn çat xidmətləri poçt göndərişlərinə olan ehtiyacı azaldıb.
  2. Telefon operatorları (manual mərkəzlərdə çalışanlar) – Avtomatlaşdırılmış çağrı mərkəzləri və avtomatik telefon sistemləri telefon operatorlarının işini əvəz edib.
  3. Sənətkarlıqla bağlı bəzi işlər (mesenjatçılar, əl işi toxucular) – Sənaye istehsalı və avtomatlaşdırma, əl işlərinin tələbatını azaldıb.
  4. Mətn yığıcıları – Texnologiyanın inkişafı və səsli yazma proqramlarının istifadəyə verilməsi, mətn yığma peşələrinə olan ehtiyacı azaldıb.
  5. Filmlərin kinoplenkada istehsalı ilə məşğul olanlar (kameraman və ya montajçılar) – Rəqəmsal texnologiya və videoların onlayn platformalarda paylanması ilə əlaqədar bu sahədə də dəyişikliklər müşahidə olunub.
  6. Köhnə model elektrik avadanlıqlarının təmirini həyata keçirən ustalara olan tələbat son illərdə azalmaqdadır. Bunun əsas səbəblərindən biri yeni nəsil cihazların daha uzunömürlü və dayanıqlı olması, həmçinin texniki xidmətə olan ehtiyacın dəyişməsidir. Müasir texnologiyaların inkişafı ilə təmir əvəzinə cihazların yenilənməsi daha çox üstünlük təşkil edir ki, bu da ənənəvi ustaların fəaliyyət sahəsini daraldır.
  7. Faks operatorları– Faksın istifadəsi azalaraq, e-poçt və digər elektron rabitə vasitələri ilə əvəz edilib.
  8. Kodlaşdırma və deşifrə işləri – Kompüter proqramları və süni intellektin inkişafı, bəzi məlumatların avtomatik işlənməsi və deşifrə edilməsini mümkün edib.

9.Trampolin və kartoqrafiya üzrə işçilər – GPS sistemləri və onlayn xəritə xidmətləri, ənənəvi kartoqrafik işlərə olan ehtiyacı azaldıb.

Bu kimi peşələr inkişaf edən texnologiya və bazar tələblərinə uyğun olaraq aktuallığını itirə bilər. Lakin bəzi sahələrdə köhnə peşələr hələ də niş bazarlarda, xüsusi tələblərə uyğun olaraq mövcud ola bilər (Əhmədova, 2020).

 

 

Nəticə
Texnoloji irəliləyişlər, müasir dövrdə cəmiyyətin və iqtisadiyyatın əsas motorlarından biri halına gəlib. Bu irəliləyişlər, xüsusilə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə özünü göstərir. İş dünyasında avtomatlaşdırma, süni intellekt və robotlaşdırma kimi yeniliklər, əmək bazarının dinamikasını köklü şəkildə dəyişdirir. Bu dəyişikliklər iş yerlərinin yaradılması və ləğvi, işçi qüvvəsinə olan tələblər, eləcə də peşə bacarıqlarının inkişafı kimi bir sıra sahələrdə mühüm nəticələrə səbəb olur.

Dövlətlər və təşkilatlar, texnoloji inkişaf etdirərək, əmək bazarında düzəlişləri təmin etmə və işçiləri yeni bacarıq və peşələrə hazırlamalıdırlar. Bununla yanaşı, sosial ədalətin qorunması və gəlirsizliyin əldə edilməsi üçün innovativ və dinamik siyasətlər tətbiq edilməsi. Bu yanaşmalar texnologiyanın əmək bazarına təsirinin daha da güclənməsinə səbəb olur və yeni iqtisadi imkanların formalaşmasına zəmin yaradır. Texnoloji inkişaflar əmək bazarına müxtəlif şəkildə təsir edir. Məsələn, avtomatlaşdırma və süni intellekt bəzi iş yerlərinin azalmasına gətirib çıxara bilər, lakin bununla yanaşı, yeni peşə sahələrinin yaranmasına da imkan yaradır. Yeni ixtisasların tələbi artır, bu da işçilərin daha çevik və adaptiv olmalarını tələb edir. İqtisadi bərabərsizlik də bir problem olaraq ortaya çıxır, çünki yüksək ixtisaslı işçilər daha çox fayda əldə edir. Bununla yanaşı, işin mahiyyəti dəyişir və yaradıcılıq, problem həll etmə və sosial bacarıqlar daha önəmli olur. Nəticədə, bu dəyişikliklərə uyğunlaşmaq üçün işçilərin və müəssisələrin yeni bacarıqları inkişaf etdirməsi vacibdir (Əhmədov, 2018).

                                                                 Ədəbiyyat

  1. Əhmədov, M. (2018). Texnoloji inkişafın əmək bazarına təsiri. Bakı: Elm və Təhsil Nəşriyyatı. (səh. 120–145)
  2. Əliyev, A. (2020). Texnologiya və təhsil sisteminin əmək bazarına inteqrasiyası. Bakı: Təhsil Nəşriyyatı. (səh. 200–225)
  3. Əliyev, N. (2020). Rəqəmsal iqtisadiyyat və əmək bazarının transformasiyası. Bakı: İqtisadiyyat Universiteti Nəşriyyatı. (səh. 75–100)
  4. Əliyeva, G. (2022). Rəqəmsallaşma və əmək bazarının yeni tələbləri. Sosial İqtisadiyyat Jurnalı, 12(4), s. 45–55.
  5. Həsənov, S. (2020). Əmək bazarında yeni peşələrin yaranması və klassik peşələrin itməsi. Bakı: İqtisadiyyat və İnkişaf Nəşriyyatı. (səh. 60–80)
  6. Məmmədov, F. (2017). Texnologiyanın iş gücünə təsiri və əmək bazarının tələbləri. Bakı: Aztəhsil Nəşriyyatı. (səh. 110–125)
  7. Quliyev, H. (2021). Rəqəmsal dövrün əmək bazarına təsiri: Azərbaycanda vəziyyət və perspektivlər. Bakı: Şərq-Qərb Nəşriyyatı. (səh. 99–130)
  8. Qurbanov, M. (2021). Rəqəmsal dövrün təhsil strategiyaları və əmək bazarı. Bakı: Təhsil Nəşriyyatı. (səh. 78–102)
  9. Rəsulov, T. (2019). Texnologiya və iş yerlərinin dəyişməsi: yeni çağın əmək bazarı. Bakı: Nəşr. (səh. 58–88)
  10. Süleymanova, Z. (2022). İnnovasiyaların əmək bazarına təsiri: Azərbaycan təcrübəsi. Bakı: İqtisadiyyat və Sosial İnkişaf Mərkəzi. (səh. 50–80)

 

 

 

 

 

Bir məqalə təqdim edin

    Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - Aviator oyna - Cinsel sohbet -

    anlaşmalı boşanma

    - toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet -

    onwin

    - vip transfer antalya - postegro giriş - ucuz uz - vozol -
    volgerskopen.com
    - funbahis - dede demo - misty casino - marsbahis